REGİONLAR
Lənkəranda boks üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Lənkəran, 26 iyun, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialı və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə boks üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Lənkəranla yanaşı, Masallı və Neftçala rayonlarının ümumilikdə 102 yeniyetmə boksçusu 10 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.
Qaliblərə diplom və medallar verilib.
Yarışların baş hakimi Rauf Quliyev bildirib ki, fərqlənmiş boksçular rayon yığma komandasının tərkibinə daxil edilib. Onlar müəyyən yaş qruplarında gələcəkdə keçiriləcək respublika birinciliklərində rayonun idman şərəfini qoruyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
- 08.05.2024 [15:34]
Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək
- 08.05.2024 [15:27]
Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək
- 08.05.2024 [15:22]