REGİONLAR
Lənkəranda “Heydər Əliyev siyasətində gender bərabərliyi” mövzusunda müzakirələr aparılıb
Lənkəran, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində gender bərabərliyi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələrin və məktəblilərin iştirak etdiyi maarifləndirici tədbirdə Mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək, ulu öndər Heydər Əliyev siyasətində gender bərabərliyinin mühüm yer tutduğunu vurğulayıb, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən danışıb. Qeyd olunub ki, cəmiyyətimizdə kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqlar təmin edilib və bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında gender bərabərliyi ilə əlaqədar geniş maarifləndirmə işlərinin aparılmasının və bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Daha sonra məktəblilər gender bərabərliyi və uşaq hüquqları ilə bağlı təkliflərini bildiriblər.
Tədbir tələbə və məktəblilərlə dialoq və diskussiya şəklində davam edib.