Lənkəranda minik avtomobili yanıb
Lənkəran, 28 iyul, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qazax rayon Aşağı Salahlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Vəli oğlu Mehdiyevə məxsus "Khazar" markalı avtomobil naməlum səbəbdən yanıb. Sürücü mühərrikin anidən alışdığını bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]
Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]