Lənkəranda “Oxu günü” keçiriləcək
Lənkəran, 19 aprel, İlkin Adıyev, AZƏRTAC
Aprelin 25-də Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Açıq kitabxana” adlı “Oxu günü” keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, mütaliəyə marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada təşkil olunacaq tədbirdə kitabların müzakirəsi, kitablarla fləşmob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorinaların keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO
- 06.10.2026 [13:01]