Lənkəranda qətl hadisəsi baş vermişdir
Bakı, 22 iyun (AZƏRTAC). Lənkəranda qətl hadisəsi törədilmişdir. Həmyerlilərin münaqişəsi ölümə səbəb olmuşdur. Xəsarətlə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmamışdır.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, iyunun 21-də saat 21.50 radələrində Lənkəran şəhərinin 20 Yanvar küçəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Ağalı Balayev münaqişə zəminində həmyerlisi Anar Əliyevə bıçaqla xəsarət yetirmişdir.
A.Əliyev aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Cinayəti törətmiş A.Balayev Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]