Lənkəranda sel suları evlərə dolub
Lənkəran, 18 sentyabr, İ.Adıyev, AZƏRTAC
İntensiv yağan yağışlar Lənkəranda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cənub bölgəsinə yağan yağış nəticəsində Lənkərançay məcrasından çıxıb. Rayonun əsasən Sütəmurdov kəndində və çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub.
Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.