REGİONLAR
Lənkəranda yeni teatr mövsümü başlandı
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru Tofiq Heydərov və baş rejissoru Tural Mustafayev kollektivin ötən mövsümdə qazandığı uğurlardan söhbət açaraq cari mövsümdə qarşıda duran vəzifələri diqqətə çatdırdılar.
Qeyd olundu ki, teatrın kollektivi Şəki şəhərində keçirilən birinci Beynəlxalq teatr festivalında uğurla çıxış edib. Kollektivin təqdim etdiyi “Ruhlar” dramı uğurlu səhnə həllinə görə festivalın diplomuna və fəxri fərmanına layiq görülüb.
Teatrın aktyorları yeni mövsümdə tamaşaçılara yazıçı-dramaturq İlyas Əfəndiyevin “Qəribə oğlan” dramını təqdim ediblər.
Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Adil Zeynalov, aktyorlardan Zemfira Nəcəfova, Aynur Əhmədova, Səyyad Əlizadə, Miraslan Ağayev, Sucəddin Mirzəyev və başqaları ifa ediblər.