Lerik rayonunda iftar süfrəsi açılıb
Lerik, 20 aprel, İlkin Adıyev, AZƏRTAC
Müqəddəs Ramazan bayramı münasibətilə Lerik rayonunda iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açıq havada açılan iftar süfrəsində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları, aztəminatlı ailələr, dini qurumların təmsilçiləri və rayon sakinləri iştirak ediblər.
İftar mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin xatirəsi yad olunub.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, onlara xoş arzularını çatdırıb.