Lerikdə meşədə yanğın olub
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də saat 9 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gülbəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-ci kvartalında yanğın hadisəsi baş verib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
İlkin ehtimala görə, yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]
Sabah hava yağıntılı olacaq
- 06.11.2026 [10:41]
Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur
- 04.11.2026 [17:22]