REGİONLAR
Lerikdə şəhid ailələri və qazilərlə görüş keçirilib
Lerik, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyətində ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə şəhid ailələri və qazilərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə şəhid valideynlərinin və qazilərin problemləri dinlənilib. Müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi, şəhid adının əbədiləşdirilməsi, işlə təmin olunma, maddi yardım və digər məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin bəziləri yerindəcə həll edilib, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.