CƏMİYYƏT
Lerikdə torpaq sürüşməsi baş vermişdir
Lerik, 21 dekabr (AZƏRTAC). Lerik Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Hamarmeşə kəndində yenidən torpaq sürüşməsi baş vermişdir. Təbii fəlakət təxminən 15 hektara yaxın sahəni əhatə edir. Sürüşmə səbəbindən torpağın üst qatı bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 metrədək çökmüşdür. Sürüşmə baş verən ərazidə 8 nəfərin yaşadığı ikimərtəbəli ev üçün ciddi təhlükə yaranmışdır. Evdə çat əmələ gəlmişdir.
Qeyd edək ki, cari ilin sentyabrında da bu kənddə torpaq sürüşməsi baş vermişdi.
Lerik rayon Fövqəladə Hallar Komissiyası Hamarmeşə kəndində baş vermiş sürüşmə ərazisinə baxış keçirmişdir. Komissiyanın sədri Habil Məlikov demişdir ki, hadisə barədə əlaqədar təşkilatlara məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]