Lerikdə “Vətən bağı” salınıb
Lerik, 6 aprel, İlkin Adıyev, AZƏRTAC
Lerik şəhərində “Paşa Holdinq”in təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün “Vətən bağı” ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Vətən bağı”na ümumilikdə 200 ədəd şam ağacı əkilərək suvarılıb və dayaqlarla bərkidilib. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, ağacəkmə aksiyasında şəhid ailələri və qazilər, Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, “Paşa Holdinq”in və “Qırmızı Ürəklər" Xeyriyyə Fondunun əməkdaşları iştirak ediblər.