Leysan Ağsuda ciddi fəsadlar törətmişdir
Ağsu, 14 iyun (AZƏRTAC). İyunun 13-ü axşam və 14-ü gecə yağan güclü leysan Ağsu rayonunda bir sıra dağıntılara səbəb olmuş, bəzi ərazilərdə taxıl əkini sahələri su altında qalmışdır.
AZƏRTAC xəbər verir ki, ən ciddi fəsadı leysan nəticəsində Ağsu çayında yaranan güclü sel suları törətmişdir. Belə ki, ayın 14-ü gecə saat 1.00 radələrində sel 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpünü uçurmuşdur. Eni 12, uzunluğu isə 82 metr olan bu körpü Kalva, Dilman, Xatman, Hacman və Suraxanı əhalisinə xidmət edirdi. Artıq həmin kəndlərə avtomobil yolu tamamilə kəsilmişdir.
Sel suları, həmçinin Ağsu çayının şəhərdən keçən hissəsindəki sahil bəndinin 150 metrini dağıtmış, Çaparlı kəndi ərazisində 70 hektar, Curuğlu kəndi ərazisində isə 20 hektar taxıl sahəsini basmışdır.
Rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]