DÜNYA
Leysan yağışları və dolu Gürcüstanda ciddi problemlər yaradıb
![](/files/galleryphoto/2023/2/1200x630/16895877872213848619_1200x630.png)
![](/files/galleryphoto/2023/2/1200x630/16895877871089621827_1200x630.png)
![](/files/galleryphoto/2023/2/1200x630/1689587787562141121_1200x630.png)
Tbilisi, 17 iyul, AZƏRTAC
Gürcüstanda güclü leysan və dolu ölkənin qərbində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, ən çox ziyan Sameqrelo və İmereti bölgələrinə dəyib.
Ölkənin ikinci ən böyük şəhəri olan Kutaisidə “Ədliyyə evi” fəaliyyətini müvəqqəti dayandırıb, ictimai-iaşə obyektlərinə, mənzillərə, ətraf qəsəbə və kəndlərdəki evlərə və yardımçı tikililərə ciddi ziyan dəyib.
Senaki və Tercolada da fərdi evlərin birinci mərtəbələrini su basıb, məişət texnikası, mebel və digər əşyalar zərər görüb. Vəziyyətlə bağlı müvafiq xidmətlər məlumatlandırılıb və ərazidə ağır texnika işləyir.
Leysan yağışları və dolu Gürcüstanın şərqində də problemlər yaradıb. Bəzi ərazilərə elektrik enerjisinin və təbii qazın verilməsi dayandırılıb.
Hazırda müvafiq strukturlar yerlərdəki vəziyyəti öyrənir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi