DÜNYA
“LG G6” smartfonunun təqdimat vaxtı açıqlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
“LG Electronics” şirkətinin yeni qabaqcıl “LG G6” smartfonunun rəsmi təqdimatı fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində keçiriləcək. Bu barədə “LG Mobile” şirkətinin rəsmi “Twitter” səhifəsində deyilir.
AZƏRTAC “Planet Today” resursuna istinadən xəbər verir ki, şirkət nümayəndələrinin bəyanatına görə, yeni smartfon təsvir ölçüsü 1440 x 2880 piksel (format QHD+) təşkil edəcək 5,7 düym displeylə təchiz olunacaq və bununla 1 düym üçün piksel sıxlığı 564 pikselə bərabər olacaq.
“LG” mühəndislərinin sözlərinə görə, istehsalçı qənaətcil olacaq ekranın enerji sərfiyyatını 30 faiz azaltmağa nail olub.
Məlumdur ki, Cənubi Koreya istehsalçısı “LG G6” smartfonunun satışa çıxarılma tarixini tezləşdirərək yeni qurğusunun təqdimatını təxirə salan “Samsung” şirkətinin timsalında rəqiblərini geridə qoymaq istəyir.