Litva Belarusla sərhədini bağlayıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Litvanın hakimiyyət orqanları Belarusla sərhəddə yerləşən sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə Litvanın Milli Böhranların İdarəolunması Mərkəzinə istinadla məlumat yayıb. Məlumata əsasən, qərar Litvanın hava məkanında qaçaqmalçılar tərəfindən istifadə olunan meteozondların qeydə alınmasından sonra verilib. Sərhəd məntəqələrinin fəaliyyətinin bərpası yalnız Vilnüs Beynəlxalq Hava Limanının yenidən açılmasından sonra nəzərdən keçiriləcək.
Qeyd edək ki, oktyabrın 22-nə keçən gecə Litvanın hava məkanında müşahidə olunan meteozondlar səbəbindən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində altı reysin hərəkət qrafiki pozulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]