Litva hökuməti istefa verib
Bakı, 23 iyun, AZƏRTAC
Litvada Baş nazir İnqa Ruqinenenin rəhbərlik etdiyi hökumət istefa verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qərar Nazirlər Kabinetinin iclasında hökumət üzvlərinin yekdil razılığı ilə qəbul edilib.
“Bütün çətinliklərə baxmayaraq, dövlətin və xalqının rifahı üçün səylərimizlə fəxr edirik. Bu gün istefa vermək qərarına gəldik”, - deyə İnqa Ruqinene bildirib.
Qeyd edək ki, Litvanın Baş naziri və hökumətin bütün üzvləri hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməyə məcbur olub. Koalisiyanı yenidən təşkil etmək məsələsi Litva Sosial Demokrat Partiyasının iyunun əvvəlində “Nemunas” partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmasından sonra ortaya çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [11:46]
İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq
- 19.11.2026 [11:38]
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
- 19.11.2026 [11:26]
Dağıstanda güclü yanğın nəticəsində 7 evə və məktəb binasına ziyan dəyib
- 19.11.2026 [11:22]
Çinin tropik meşələri “Homo erectus”un tarixini yenidən yazır
- 19.11.2026 [11:02]
Misirdə artefaktlarla zəngin olan qədim qəbiristanlıq tapılıb
- 19.11.2026 [11:00]
Əlcəzair, Nigeriya və Niger Transsəhra qaz kəmərinin tikintisini bərpa edir
Hacıqabulda zəlzələ olub
- [10:51]
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub
- 18.11.2026 [23:51]