Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı və uğurlar, xalqınıza davamlı həmrəylik arzu edirəm.

Bu il Litva-Azərbaycan ikitərəfli münasibətləri üçün xüsusi ildir. Bu il dövlətlərimizin müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Azərbaycanla Avropa İttifaqı arasındakı sıx dialoq Litva-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün xüsusilə vacibdir. İslahatlar yolunda qətiyyət və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasını arzulayıram. Ümid edirəm ki, bu il Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini və istiqamətlərini müzakirə etmək üçün Şərq Tərəfdaşlığı Sammitində görüşmək imkanımız olacaq.

Zati-aliləri, bir daha Sizi milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.

Xahiş edirəm, Sizə olan ən dərin hörmətimi qəbul edəsiniz.

 

Gitanas Nauseda

Litva Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin