Azərbaycan Dövlət İnformasiya Agentliyi

Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə

Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 fevral 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin