Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Litva Seyminin deputatı Yuras Pojera: Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələri ilə bağlı anma tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir VİDEO

Vilnüs, 20 yanvar (AZƏRTAC). Litva Seyminin Konstitusiya zalında 1990-cı ildə Bakıda və 1991-ci ildə Vilnüsdə törədilmiş faciəvi Yanvar hadisələrinə həsr olunmuş anma tədbiri keçirilmişdir.

Tədbir Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycanın Litvadakı Gənclər Təşkilatı (AYOL) və 13 yanvar Litvanın Müstəqilliyinin Müdafiə Qardaşlığı Təşkilatı tərəfindən təşkil olunmuşdur.

Tədbirdə Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli ictimai-siyasi xadimləri, hökumət üzvləri, Azərbaycanın bu ölkədəki səfirliyinin, AYOL-un, Azərbaycan diasporunun nümayəndələri, Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin iştirakçıları adından Antakalnis qəbiristanlığında uyuyan müstəqillik fədailərinin məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Litva Seyminin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojera anma tədbirini açaraq demişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciələr SSRİ-nin digər respublikalarında sonrakı tarixi hadisələrə təsir göstərmiş, kommunist rejiminin süqutunu sürətləndirmişdir.

Yuras Pajera Litva Seymində anma tədbirinin artıq ikinci dəfə keçirildiyini qeyd edərək demişdir ki, dövlətlərimizin tarixi iki xalqı bir-birinə yaxınlaşdırmışdır. Onlar tarixin belə kədərli hadisələrinin təkrarlanmaması üçün öz keçmişlərini unutmamalıdırlar.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qrupun sədri Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu toplaşanların diqqətinə çatdırmış və qeyd etmişdir ki, bu torpaqlar geri qaytarılmalıdır.

Yuras Pojela çıxışının sonunda bildirmişdir ki, Litva Seymi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə demişdir ki, bugünkü anma tədbiri Bakıda Qanlı Yanvarın 24-cü ildönümünə və Vilnüsdə faciəli hadisələrin 23-cü ildönümünə həsr olunmuşdur. Səfir qeyd etmişdir ki, sovet imperiyasının rəhbərliyi Azərbaycanda müstəqillik uğrunda möhkəmlənən hərəkatı yatırmaq və kommunist rejiminin süqutunun qarşısını almaq üçün əbəs yerə cəhd göstərmişdir. Kommunist rejimi insan hüquqları və azadlıqlarının, Vətənin ərazi bütövlüyünün pozulmasına qarşı öz etirazını bildirmək üçün toplaşmış sadə insanları cəzalandırmaq istəyirdi.

Həsən Məmmədzadə qeyd etmişdir ki, 1990-1991-ci illərin qanlı yanvar hadisələri Azərbaycan və Litva xalqlarının tarixində yeni səhifə açdı. 20 Yanvar milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə rəmzinə çevrilən bir gün oldu.

Səfir bu faciəli və qəhrəmanlıq günlərində Litva xalqı ilə həmrəy olduğunu bildirmişdir.

Azərbaycan və Litva xalqlarının taleyində ümumi məqamlar çoxdur. Avropa parlamentinin deputatı, Ali Şuranın - Bərpa Seyminin sədri Vitautas Landbergis çıxışına bu sözlərlə başlamış və demişdir: Bu gün biz arası bir il çəkmiş qırğınların - Bakıda və Vilnüsdə törədilmiş Yanvar hadisələri qurbanlarının işıqlı xatirəsini yad edirik. Həmin dövrdə dalbadal Azərbaycan, Gürcüstan və Litva xalqlarına qarşı cinayətlər törədilmişdi. Sovet imperiyası təhlükəsi qarşısında Litvanın bir qrup deputatı Kreml rəhbərliyinə dövlətin öz vətəndaşlarına qarşı qoşunlardan və ordudan istifadə etməklə hərbi əməliyyatlar keçirməsinin yolverilməzliyi haqqında qanun layihəsi təqdim etmişdi. Həmin vədə məhəl qoyulmamış bu qanun layihəsi qəbul edilsəydi, Bakıda qırğın törədilməzdi. Bakıda baş vermiş Yanvar hadisələri kommunist rejimindən xilas olub müstəqillik qazanmağa cəhd göstərən digər respublikalar üçün bir xəbərdarlıq oldu.

Vitautas Landbergis etiraf etmişdir ki, Azərbaycanda törədilmiş faciəyə kifayət qədər diqqət yetirilməmişdir.

Sonra A.Konçalovskinin “Hakimiyyət yükü. Heydər Əliyev” sənədli filmindən fraqmentlər göstərilmişdir.

Tədbirdə çıxış edən Seymin deputatı, Litva-Azərbaycan dostluq qrupu sədrinin müavini Mantas Adomenas, parlamentin vitse-spikeri Algirdas Sisas qeyd etmişlər ki, 20 Yanvar və 13 Yanvar müstəqillik uğrunda mübarizədə qələbənin genetik kodu olmuşdur. Bu qanlı hadisələr insanları iqtisadi əməkdaşlıqdan daha çox birləşdirir. Litva deputatları demişlər: “Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, nə qədər ki, ölkədə qaçqınlar vardır, deməli, tam azadlıq əldə edilməmişdir. Litva ədalətin bərqərar olmasına çalışacaqdır”.

Lyaunas Qrinskasın “Gözləmə” sənədli filminin nümayişindən sonra deputat Yuras Pojera qeyd etmişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələrinə həsr edilmiş anma tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Litva Seyminin deputatı Yuras Pojera: Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələri ilə bağlı anma tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb