DÜNYA
Litvada yeni hökumət qurulur
Vilnüs, 16 iyul, AZƏRTAC
İyulun 17-də Litva Prezidenti Gitanas Nauseda parlamentə yeni hökumətin qurulması ilə bağlı təkliflərini irəli sürəcək.
AZƏRTAC xəbər verir ki, Prezident hökumətə rəhbərlik etmək üçün hazırkı Baş Nazir Saulyus Skvernelisin namizədliyini irəli sürmək niyyətindədir. Ölkə Konstitusiyasına görə, Prezident parlamentin razılığı ilə Baş Naziri seçir.
Qeyd edək ki, Saulyus Skvernelis sonuncu prezident seçkilərində namizədliyini irəli sürmüşdü və seçilməyəcəyi təqdirdə hazırkı Baş Nazir postundan da istefa edəcəyini bildirmişdi. Lakin yeni seçilmiş Prezident Gitanas Nauseda ilə təkbətək görüşündən sonra o, vəzifəsinə davam edəcəyini açıqlamışdı.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]