DÜNYA
Livan parlamenti beşinci dəfədir ölkə prezidentini seçə bilmir
Bakı, 11 noyabr, AZƏRTAC
Livan parlamenti ardıcıl olaraq beşinci dəfə ölkə prezidentinin seçilməsi üzrə uğurlu səsvermə keçirə bilməyib. Seçkilərdə iştirak edən namizədlərdən heç biri lazımi səs çoxluğu toplamağa müvəffəq olmayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, buna səbəb siyasi partiyaların hələlik boş qalan dövlət başçısı postunu tutacaq şəxslə bağlı razılığa gələ bilməməsidir. Səlahiyyət müddəti oktyabrın 31-də başa çatan sabiq prezident Mişel Aunun varisini seçmək üçün göstərilən beşinci uğursuz cəhd ölkədə siyasi qeyri-müəyyənliyi daha da dərinləşdirib.
Livan parlamentində ölkə prezidentinin seçilməsi üzrə növbəti səsvermə noyabrın 17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]
Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib
- 07.05.2024 [13:40]
Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]