Livan tam elektriksiz qalıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Livan yanacaq çatışmazlığı ilə əlaqədar iki ən böyük elektrik stansiyasının işinin dayanması səbəbindən tam elektriksiz qalıb.
AZƏRTAC yerli LBCI telekanalına istinadla xəbər verir ki, dövlət elektrik kompaniyasının nümayəndəsi Birləşmiş Ərəb Əmirliklərindən mazut çatdırılmasının ləngiməsi nəticəsində şimaldakı Deyr-Ammar və cənubdakı Zahrani istilik elektrik stansiyalarının işinin dayandığını deyib. Elektrik təchizatında fasilələrin iki həftə davam edə biləcəyi bildirilir.
Mazut tədarükündə problemlər səbəbindən Livanın dövlət elektrik kompaniyaları yay mövsümündə əhalinin enerji ilə təminatını sutkada üç-dörd saatadək azaltmışdı, qalan vaxtlarda isə işıq özəl firmalara məxsus elektrik generatorları müəssisələrinə və vətəndaşların evlərinə verilirdi.
Adları yuxarıda çəkilən elektrik stansiyaları Livana lazım olan elektrik enerjisinin 60 faizini istehsal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]
SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]
Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq
- 12.11.2026 [23:12]