Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, regional və beynəlxalq əlaqələrə töhfə verəcək vəzifənizin icrasında uğurlar arzulayırıq.

Liviya Dövləti ilə dost Azərbaycan Respublikası arasında yüksək səviyyəli münasibətləri vurğulamaqla yanaşı, ümumi maraq doğuran məsələlərdə Sizinlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün sahələrdə və səviyyələrdə ikitərəfli əməkdaşlıq münasibətlərini möhkəmləndirən dost ölkələrimiz üçün ortaq məsələlərə xüsusi diqqət yetirəcəyinizə əminliyimizi ifadə edirik.

Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Məhəmməd Yunis Əl-Mənfi

Liviya Dövləti Prezident Şurasının Sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin