LONDONUN ƏHALİSİ SÜRƏTLƏ ARTIR
Daxili İşlər Nazirliyi hesab edir ki, Böyük Britaniya ölkənin inkişafına çox böyük kömək göstərən immiqrantlara möhtacdır. Birləşmiş Krallıqda xarici ölkələrdən gəlmiş çoxsaylı yüksəkixtisaslı mütəxəssislər işləyirlər.
Lakin əsasən Şərqi Avropa ölkələrindən olan immiqrantların axını ilə əlaqədar bir çox britaniyalılar işsizliyin artacağından ehtiyatlanırlar.
Milli Statistika İdarəsi bildirir ki, əhalinin artımının ən yüksək sürəti Londonda müşahidə edilir. Hazırda İngiltərədə 50 milyondan bir qədər artıq əhali yaşayır və 2029-cu ilədək əhalinin sayı təxminən 60 milyon nəfərə çatacaqdır. Britaniya hökuməti əmin edir ki, bu artım getdikcə genişlənən əmək bazarına təsir göstərməyəcəkdir. Məsələn, Britaniya paytaxtı əhalisinin artması ilə əlaqədar orada mənzil tikintisinin daha böyük vüsət alacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]