Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Lorenso Banyati: Doğma Venesiyada hazırladığım proqramı Bakı Venesiyası yaxınlığında ifa etmək çox gözəl və təsiredicidir

Lorenso Banyati: Doğma Venesiyada hazırladığım proqramı Bakı Venesiyası yaxınlığında ifa etmək çox gözəl və təsiredicidir

Bakı, 23 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

O, 1998-ci ildə Milanda musiqiçi ailəsində doğulub, fortepiano ilə 4 yaşında məşğul olmağa başlayıb. Lorenso artıq 7 yaşında ilk çıxışını edib. 2010-cu ildən o, Massimo Somensi ilə məşğul olmağa başlayıb. Pianoçu 17 yaşında konservatoriyanı fərqlənmə ilə bitirib, həmçinin fortepiano bölməsinin ən yaxşı məzunu kimi “Premio Pasqualy” mükafatını qazanıb.

Lorenso 14 yaşında “La Feniçe” orkestrində çıxışı ilə Malibran teatrında debüt edib. Konservatoriyanın ən yaxşı tələbələrindən biri kimi iki dəfə Stefano Vinti adına mükafatı qazanıb. 2018-ci ildə o, “American Protégé International Piano and String Competition” beynəlxalq müsabiqəsində birinci mükafatı qazanıb və bu, ona Nyu-Yorkdakı “Carnegie Hall”da çıxış etmək imkanı verib. Elə həmin ildə Düsseldorfda Anton Rubinşteyn adına beynəlxalq müsabiqədə birinci mükafata sahib olub.

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində gənc maestro Ferens List, Moris Ravel, Klod Debüsi, Eytor Vila-Lobos və Alberto Xinasteranın fortepiano şedevrlərindən ibarət proqram təqdim edib. Lorenso öz istedadı ilə bərabər tamaşaçılara qəlbinin dərinliklərindən gələn nur ərməğan edib.

-Siz Bakıya “Suda əks olunanlar” adlı proqramla gəlmisiniz. Bakı bu proqramda “əks olunurdu”?

-Mənə demişdilər ki, mənim doğma İtaliyamın başqa ölkələrdə müxtəlif guşələrinə rast gəlinən “kiçik ada”sından Bakıda var. Bakı Venesiyasında gəzməyə müvəffəq oldum. Əlbəttə, onun sizin şəhərinizdə mövcud olmasını bilirdim, lakin bu gözəl zalın yaxınlığında yerləşməsindən xəbərsiz idim. Doğma Venesiyada hazırladığım proqramı Bakı Venesiyası yaxınlığında ifa etmək çox gözəl və təsiredicidir.

-Siz Xəzər dənizini gördüyünüz an onun səsi eşidildimi?

-Bəli, dərhal. Mən gecə Bakıya gələndə, elə həmin vaxt onu ilk dəfə gördüm. İndi isə gəzişərkən gözəl fəvvarələri gördüm. Elə mənim proqramımda Ferens Listin “D’Este villasının fəvvarələri” (“Les jeux d'eau à la Villa d'Este”) var. Düzdür, o, təkcə su mövzusunda deyil... Onun musiqidə təcəssümünün müxtəlif şəkilləri mövcuddur. Deyək ki, Listdəki kimi daha mənəvi, su əbədi həyatın rəmzi olaraq. Orada məhz İncildən kəlamlar var.

-Bakı ilə azca da tanış olarkən siz onu proqramın hansı əsərinə aid edərdiniz?

-Fikrimcə, düzünü desəm, o halda cavab çox sadə ola bilər. Lakin hesab edirəm ki, “D’Este villasının fəvvarələri”nə. Gəzintidən alınan təəssüratlara görə məhz onlar Bakını simvolizə edir, onunla həmahəngdir. Çünki birincisi, bu, mənim dəlicəsinə sevdiyim əsərdir. İkincisi, sizin valehedici fəvvarələr məndə dərhal belə təəssüratlar yaratdı. Bakı məni çox ilhamlandırdı...

-Siz səhnəyə hələ uşaq ikən çıxmısınız. Bu gün - illər sonra siz o gənc insandan nələrisə qoruyub saxlamısınızmı?

-Fikrimcə, sevimli işə tam məftunluq qalıb. Mən hətta o yaşda nə vaxtsa ifa etdiyim həmin əsərləri çalanda, - biz bilirik ki, eyni əsərləri ömür boyu ifa etmək mümkündür, - hər dəfə notları eyni hisslərlə açıram. Sanki bu musiqiyə ilk dəfədir ki, aşiq oluram, xüsusilə də söhbət mənim ən sevimli bəstəkarlarımdan gedirsə. Su mövzusuna aid proqramdan bəzi əsərləri çoxdan ifa etməyə başlamışam. Məsələn, Ravelin “Su oyunu” (“Jeux d’eau”). Baxmayaraq ki, bu əsər konsertlərimdə həmişə səslənir, mən hər dəfə fərəh və heyranlıq hiss edirəm. Beləliklə, hətta tanış musiqiyə ilk məhəbbət də eynilə qalıb. Mən səhnədə həmişə o haqda fikirləşməyə çalışıram ki, biz musiqiçilər səhnədə ayrılan vaxtdan ötrü işləyirik. Özü də çox və inadla. Xüsusilə də bizim sahədə. Səhnədə bir saatdan azca artıq çıxış etmək və tamaşaçılardan bu sehrli qarşılığı almaqdan ötrü biz neçə saat məşğul oluruq! Sözsüz ki, zalda əyləşənlərlə dialoq mənim işimin ən gözəl hissəsidir.

-Qastrollar - bu, həmişə müxtəlif ölkələr deməkdir. Müvafiq olaraq tamaşaçılar da fərqlidir. Bu dialoq necə qurulur? İlk əsəri ifa etməyə başlayanda siz zalı dinləyirsinizmi?

-Əlbəttə. Tamaşaçı zalı dərhal hiss olunur. Zalda oturanların əvvəlcə sənə necə alışması, dinləməsi, alqışlarla qəbul etməsi baxımından. Bu yaxınlarda mən Ufada konsertdə oldum. Orada ilk dəfə olaraq ifaya başlamazdan əvvəl “Bravo!” qazandım. Bakı tamaşaçısını hiss etmək mənim üçün çox maraqlıdır. Çünki zaldakı enerji ilk addımlardan və ilk səslənən notdan əmələ gəlir.

-Elə olub ki, sizin ifanızın cavabında zal susub?

-Xoşbəxtlikdən indiyədək bu, baş verməyib. Olub ki, mənim gözlədiyimdən bir az soyuq qəbul ediblər. Şəhərin adını çəkməyəcəyəm, orada prioritetlər bir az başqadır - daha çox biznes haqqındadır, qısa müddətə durmağa və adət halını almış oriyentirlərdən kənar nəsə axtarmağa imkan verməyən həyat ritminə uyğundur. Bu cür yerlərdə ifa etmək olduqca mühüm missiyadır. Fikrimcə, musiqi hamıya faydalıdır. Hamı ayaq saxlayıb gözəlliklə təmasda olmalıdır. Sadəcə, uşaqlıqdan bu gözəllik hər kəsə göstərilməyib, yaxud da ona heç də hamı öyrəşməyib. Ona görə də bəzi insanlar üçün daha çətin olur. Bəziləri konsert zamanı özünü necə aparmağı bilmir. Yəni belə hallar da olub. Hətta tamaşaçının daha çox bizneslə yükləndiyi şəhərlərdə hiss olunur ki, konsert boyunca insanların qəlblərində nə isə dəyişir və sonda həmin o dialoq yaranır...

-Siz həmin məqamlarda nə hiss edirsiniz?

-Bu, mənim üçün böyük şərəf, iftixar, xoşbəxtlikdir. Hamısı böyük hərflərlə. Birincisi, hiss edirsən ki, ən sevimli işinlə məşğul ola bilərsən. İkincisi isə, başqaları üçün nəsə edirsən. Çünki biz hamımız özümüzə bu sualı veririk: mənim məşğul olduğum iş faydalıdırmı? Aydındır ki, həkimlər insan orqanizminə görə cavabdehdirlər. Musiqiçilər isə fikrimcə, insanların qəlbləri ilə işləyirlər... Biz onlarla ünsiyyətdəyik. Bu istiqamətdə yaxşı nəyisə etməyi anlamaq mənim üçün sadəcə zövq və fərəhdir.

-Siz iş anlamında bəhs edirsiniz. Bu isə o cümlədən daim qammalarla məşğul olmaqdır. Onlarla musiqi müəssisələrinin şagirdləri də tanış olur. Sizin təcrübənizdə qammalar nə deməkdir və sizin üçün hansı məna daşıyır?

-Qammalar - bu, çox gözəldir! Bəli, uşaqlıqda onlar bir az başqa cür qəbul edilir. Lakin onlar bizim əlifbamızdır. Biz onlar vasitəsilə danışırıq. Qammaları yaxşı öyrənmək, onlara müraciət etmək bizə musiqi dilində aydın şəkildə ifadə etmək imkanı verir. Çünki qammalar bütün uşaqlar üçün bazadır. Qızlar və oğlanlar evdə həmişə bununla məşğul olmalıdırlar. Əgər əvvəldə qammalar əziyyət kimi qəbul edilirsə, vaxt ötdükcə qammalarla məşğul olmaq zövqə çevrilir. Hiss edirsən ki, onlar konsertdən əvvəl əllər üçün faydalıdır, tonusda olmağa imkan verir.

-Musiqi əhvali-ruhiyyəyə bağlıdır... Yaxşı əhvali-ruhiyyədə olmayan vaxtlarda tamaşaçı qarşısına çıxmaq məcburiyyətində olmusunuz?

-Ola bilər ki, fiziki vəziyyət uyğun deyil, lakin yenə də psixi duruma öz təsirini göstərir. Mən həmişə böyük məmnunluqla səhnədə, tamaşaçılarla dialoqda oluram. Çünki təcrübədən asılı olmayaraq, səhnədə ən xoşbəxt insan olmaya bilmərəm. Bu, mənim dediyim həmin o məqamdır: biz ondan ötrü işləyir və yaşayırıq. Bu, mənim üçün həqiqi xoşbəxtlikdir. Musiqi məni müalicə edir və hansısa çətin vəziyyətlərdən çıxmağa kömək edir. Düzü, xoşbəxtlikdən məndə hər şey yaxşıdır, lakin həyatın çətin məqamlarında görürəm ki, musiqi xoşbəxtliyin elə bir guşəsidir ki, məhz hər cür maneələri adlamağa kömək edir. Tamaşaçı ilə dialoqda, başqalarından enerji aldığın zaman düzgün köklənmə verir. Çünki biz evimizdə məşğul olanda tamaşaçılar haqqında düşünsək də, bu təmasın çatışmazlığını hiss edirik. Canlı tamaşaçı zalının translyasiya etdiyini öz daxilindən ötürmək musiqiçilər üçün həyati əhəmiyyətlidir. Digər tərəfdən də bu, böyük məsuliyyətdir və həmişə diqqətini cəmləməlisən. Bir sözlə, özümü həmişə yaxşı hiss edirəm...

-Musiqidən savayı sizə daha yaxın olan nədir?

-Mən şahmat oynamağı xoşlayıram, xüsusilə uşaqlıqda bu oyun xoşuma gəlirdi. Bu da məni Azərbaycan ilə tanış etdi, çünki sizin böyük şahmatçılarınız var. Əlbəttə, mən tarixi şəhərlərə səyahət etməyi sevirəm. Məsələn, İtaliyada yeni yerləri kəşf etməyi həddən artıq sevirəm. İtaliya o qədər də böyük deyil, lakin onu tamamilə tədqiq etməyə vaxt çatmır. Qastrola getdiyim ölkələrdə konsertlərdən əvvəl şəhərlərlə tanış olmağa çalışıram... Musiqi sayəsində yeni şəhərlərlə tanış olmaq böyük nailiyyətdir. Sözsüz ki, müxtəlif musiqilərə qulaq asmağı, mütaliə etməyi xoşlayıram. Əsl italiyalı kimi, futbol oynamaq da xoşuma gəlir. Düzdür, mən bunu çox nadir hallarda və ehtiyatla edirəm. Oyunlara baxmıram, lakin uşaqlıq xatirələrim, futbolla fəal məşğul olduğum vaxtlar mənə çox əzizdir. Həmin dövr məndə hansısa sərbəstlik hissi ilə assosiasiya olunur. Üzməyi çox xoşlayıram. Təkcə su mövzusunda musiqi ifa etməyi deyil, suda olmağı da... Yeri gəlmişkən, üzgüçülük pianoçulara çox faydalıdır. Elə bütün musiqiçilərə də. Dilləri öyrənmək. Sizinlə hazırda mənim çox sevdiyim rus dilində ünsiyyət qururuq. Mən hər gün bu dili özüm üçün kəşf edirəm və bu, çox gözəldir. Mən onu məntiqi planda, yaradıldığı kimi sevirəm, onun hallarını sevirəm - italyan dilində yoxdur, lakin mənim öyrəndiyim latın dilində hallar mövcuddur. Bakıya gələndə Azərbaycan dilini eşidib heyran oldum. Mənim moskvalı dostlarım var, bu dildə danışırlar. Burada isə onun autentik mühitində oldum və qərara gəldim ki, onu anlamağa səy göstərim.

-Bakıda konsert verəcəyinizi öyrənəndə fikrinizə nə gəldi? Bəlkə, Azərbaycan bəstəkarlarının hansısa əsəri sizin diqqətinizi cəlb edib?

-Ötən il mən tanınmış müəllim, Parisdə “École normale supérieure”nun pedaqoqu Rəna Şereşevskayadan dərs almışam. O, Bakıdandır. Mən deyəndə ki, Bakıya gedəcəyəm, o, çox sevindi. Mən Vaqif Mustafazadənin yaradıcılığı ilə tanış olsam da, Rəna Şereşevskaya mənə vaxtaşırı Azərbaycan musiqisinin yeni perspektivlərini açır. Təəssüf ki, bu dəfə Vaqif Mustafazadənin kompozisiyasından nə isə hazırlamaq alınmadı, lakin Bakıda yenidən olmaq mənə nəsib olarsa, o halda mütləq Azərbaycan bəstəkarının əsərini ifa edəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır