LÜTFİYAR İMANOVUN YARADICILIQ GECƏSİ
AZƏRTAC xəbər verir ki, görkəmli müğənninin Türkiyənin İstanbul şəhərinə ilk səfərinin 40 illiyinə həsr olunmuş gecə əsl mahnı bayramına çevrilmişdir. Yaradıcılıq gecəsində tanınmış ustad sənətkarla bərabər Eleonora Səfərova (soprano), Əvəz Abdullayev (bariton), beynəlxalq müsabiqə laureatı, pianoçu Dilarə Qulamova da çıxış etmişlər. Konsertdə bəstəkar və xalq mahnıları səslənmişdir.