MACARISTAN BELARUSU DƏSTƏKLƏYİR
Minsk, 4 fevral (AZƏRTAC). BELTA agentliyi xəbər verir ki, Macarıstan Belarusun “Şərq tərəfdaşlığı” Proqramının parlament strukturunda tamhüquqlu tərəfdaş kimi iştirak etmək səylərini dəstəkləyir. Bunu jurnalistlərə Minskdə rəsmi səfərdə olan Macarıstan parlamenti nümayəndə heyətinin başçısı, Dövlət Məclisinin üzvü, Parlamentlərarası İttifaqda və ATƏT-in Parlament Assambleyasındakı Macarıstan nümayəndə heyətlərinin rəhbəri Qabor Xarş bildirmişdir.
O demişdir: “Bərabərhüquqlu tərəfdaşlıq bizim üçün çox vacibdir. Biz istərdik ki, Belarus parlamentinin üzvləri “Şərq tərəfdaşlığı”nın görüşlərində iştirak etsinlər”.
O əlavə etmişdir ki, belə görüş fevral ayında Budapeştdə keçiriləcəkdir. Burada Vışeqrad qrupunun (buraya Çexiya, Slovakiya, Macarıstan və Polşa daxildir) və altı tərəfdaş ölkənin (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) beynəlxalq məsələlər üzrə parlament komitələrinin rəhbərləri görüşəcəklər. Belarusu Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Nina Mazay və Nümayəndələr Palatasının beynəlxalq məsələlər və MDB ilə əlaqə üzrə daimi komissiyasının sədri Sergey Maskeviç təmsil edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [11:34]
İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib
- 16.11.2026 [11:29]
İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib
- 16.11.2026 [11:25]
Misir Aralıq dənizindəki yeni qaz yatağında hasilata başlayıb
- 16.11.2026 [11:23]
İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub
- 16.11.2026 [11:12]
Antonio Quterreş Rohingya müsəlmanlarının hüquqlarını bərpa etməyə çağırıb
- 16.11.2026 [11:07]
Krım körpüsünün bağlanması qatarların hərəkətində gecikmələrə səbəb olub
- 16.11.2026 [10:48]
Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil
- 15.11.2026 [23:41]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.11.2026 [21:53]
İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb
- 15.11.2026 [21:21]
İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib
- 15.11.2026 [20:49]
Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib
- 15.11.2026 [20:37]
Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq
- 15.11.2026 [20:30]
Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb
- 15.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 15.11.2026 [20:00]
Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar
- 15.11.2026 [19:41]
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
- 15.11.2026 [19:36]
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- 15.11.2026 [19:16]
Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib
- 15.11.2026 [18:35]
Körfəzdə neftdaşıyan supertanker batıb
- 15.11.2026 [18:04]
Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb
- 15.11.2026 [17:58]