Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycanın dostu olan Macarıstanın sabiq baş naziri, eyni zamanda, Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi Sizə doğum gününüz münasibətilə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulamaqdan böyük məmnunluq hissi duyuram.

Daha yaxşı dünya qurmaq üçün həyata keçirdiyiniz təşəbbüsləri və qarşıya qoyduğunuz hədəfləri yüksək qiymətləndirir, bu məqsədlərə çatmaq istiqamətindəki vacib töhfənizi təqdirəlayiq hesab edirəm. Son illər ərzində Azərbaycan Sizin rəhbərliyinizlə çoxtərəfliliyin və tolerantlığın inkişafı, ayrı-seçkiliyin aradan qaldırılması kimi bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı beynəlxalq arenada böyük nailiyyətlər qazanıb.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə və ailənizə qarşıdan gələn 2021-ci ildə yeni-yeni uğurlar və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

 

Peter Meddyeşi

Macarıstan Respublikasının sabiq Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin