Macarıstanda cinayətlər 65 faiz azalıb
Budapeşt, 30 mart, AZƏRTAC
Son on ildə Macarıstanda cinayətkarlıq səviyyəsi 65 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan Daxili İşlər Nazirliyinin dövlət katibi Bentse Retvari bu məlumatı martın 30-da ölkənin cənubundakı Şarboqard şəhərində yeni polis məntəqəsinin açılış mərasimində elan edib. 2010-cu ildə Macarıstanda 447.000, 2021-ci ildə isə 154.000 cinayət faktı qeydə alınıb. Şarboqard şəhərində törədilmiş cinayətlərin sayı, müvafiq surətdə, 2010-cu ildə 1412 və 2021-ci ildə 377 olub.
Dövlət katibi qeyd edib ki, bu statistik məlumatlar polisin yeni ultramüasir vasitələrlə təchiz olunmuş, macar xalqının özünü daha təhlükəsiz hiss etməsinə şərait yaradan məntəqələrlə mükafatlandırılması üçün kifayətdir.
Keçən il 270.000 nəfərin Macarıstanın cənub sərhədindən qanunsuz keçməsinin qarşısı alınıb. Buna görə əlavə mükafat kimi polis əməkdaşlarının aylıq məvacibi 306 avro qədər artırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]