Macarıstanda velosiped yolları çoxalacaq
Budapeşt, 19 fevral, AZƏRTAC
Macarıstan hökuməti 2018-2021-ci illərdə velosiped yollarının genişləndirilməsinin maliyyələşdirilməsinə təqribən 53 milyard forint (1 avro = 318 forint) ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Magyar Közlöny” qəzetində dərc olunmuş qətnamədə deyilir. Xərclərin 40 milyard forintdən bir az artıq hissəsi mərkəzi büdcədən daxil olacaq, qalan hissəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ödəniləcək. Layihənin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə mərkəzi büdcədən 10,9 milyard forint ayrılıb, 2019-cu ildə 14,6 milyard forint, 2020-ci ildə 12,3 milyard forint, 2021-ci ildə isə 2,5 milyard forint ayrılacağı planlaşdırılıb.
Velosiped yollarının genişləndirilməsinin maliyyələşdirilməsində “EuroVelo 6” Trans-Avropa Velosiped Trası boyunca bir sıra sahələr, həmçinin Balaton gölü ilə Budapeşti birləşdirən planlaşdırılmış velosiped yolu və Balaton gölü ətrafında artıq mövcud olan velosiped yolu nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]