SİYASƏT
MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇANIN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Ferents Dyurçanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 8-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışdır.
X X X
Sonra Şəhidlər xiyabanını ziyarət edən nümayəndə heyəti Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşdur.
Qonaqlar buradan Bakının mənzərəsini seyr etmişlər.
######