Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbana

Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin