Mahaçqalada sel fəlakəti
Moskva, 28 mart, AZƏRTAC
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada və bir sıra rayonlarda baş verən güclü sel və daşqınlar nəticəsində 130 kənddə elektrik enerjisi təchizatı kəsilib, fövqəladə vəziyyət rejimi elan edilib.
AZƏRTAC RF FHN-nin regional idarəsinə istinadla xəbər verir ki, səkkiz rayonda elektrik enerjisi kəsilib, nəticədə 132 yaşayış məntəqəsi işıqsız qalıb. Axşam saatlarında elektrik enerjisinin bərpa ediləcəyi vəd olunub.
Mahaçqalada sel suları yaşayış məntəqələrini, o cümlədən təxminən 20 evi basıb, Zareçnaya küçəsini dağıdıb. Yollarda böyük gölməçələr əmələ gəlib, avtomobillər su altında qalıb və tıxac yaranıb. Xilasedicilər üç uşaq da daxil olmaqla 83 nəfəri təxliyə edib, daha dörd nəfər isə xilas edilib.
Dərbənddə çayların daşaraq məcrasından çıxması nəticəsində yollar su altında qalıb, avtomobillər aşıb.
Mahaçqala meri Cambulat Salavov daşqının güclü yağışlar nəticəsində baş verdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]