Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Mahir Məmmədov: “Shamkir Chess” turnirində ən çətini Maqnus Karlseni yarışda iştiraka razı salmaq idi

Mahir Məmmədov: “Shamkir Chess” turnirində ən çətini Maqnus Karlseni yarışda iştiraka razı salmaq idi

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “Shamkir Chess 2018” super turnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir:

- Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” super turniri başa çatdı. Ardıcıl beşinci dəfə təşkil edilən yarışla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu il Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin təşkili dövlət tərəfindən SOCAR-a həvalə edildi. Bu, bizim üçün böyük məsuliyyət idi. Bildiyiniz kimi, SOCAR ölkədə iki böyük federasiyaya sponsorluq edir - futbol və cüdo. Şirkət, həmçinin 2016-cı ildə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsində də iştirak edib, eyni zamanda, bu il Batumidə baş tutacaq Olimpiadaya dəstək olur. Dövlət Neft Şirkəti hər zaman şahmatın inkişafına kömək olub. Digər tərəfdən, “Shamkir Chess 2018” super turnirinin əsas təşkilatçılığını etmək heç də çətin deyildi. İlk olaraq, yarışın ardıcıl dörd dəfə keçirildiyini qeyd etməliyik. Bu, beşinci yubiley turniri idi. “Synergy Group” dörd il ərzində bu yarışın təşkilində böyük işlər görüb. Həm də Şəmkir yarışı dünya kuboku və Ümumdünya Şahmat Olimpiadası kimi kütləvi turnirlərlə müqayisə oluna bilməz. Vüqar Həşimov memorialında cəmi 10 iştirakçı 9 tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq turnirin Azərbaycanın idman nüfuzuna uyğun yüksək standartlar səviyyəsində keçirilməsi üçün bütün işləri həyata keçirdik. Sevindirici haldır ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldılar. Mütəmadi olaraq super turnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi.

- Yarışın təşkili zamanı hansı çətinliklərlə qarşılaşdınız?

- Çətinlik ondan ibarətdir ki, super turnir adlandırılan yarışda ən yüksək səviyyəli şahmatçılar iştirak edirlər və bu turnir Bakıdan kənarda təşkil olunur. Şəmkirin gözəl, səfalı məkan, şəmkirlilərin isə qonaqpərvər olmaları hamıya məlumdur. Amma şahmatçı üçün paytaxtdan 400 kilometr məsafədə olan məkana yollanmaq mənəvi cəhətdən asan deyil. Cari ildə yarış Berlindəki iddiaçılar turnirindən sonraya təsadüf etdi. Ən güclülər Berlində mübarizəyə qoşulmuşdular. Biz çox istədik ki, Şəmkirdə əsasən FIDE reytinqində ilk onluqda qərarlaşan şahmatçılar mübarizə aparsın. Amma belə ideal heyət çox çətin idi. Çünki yüksək səviyyəli əksər şahmatçılar adətən iştirak edəcəkləri yarışları bir il əvvəlcədən planlaşdırırlar.

Azərbaycanın yüksək təşkilatçılıq bacarığı həmişə nümunə sayılıb. Bu mənada ilk iki yarışda iştirak edən dünya çempionu Maqnus Karlsenin yenidən Şəmkirə gəlməyə razılıq verməsi xüsusi qeyd olunmalıdır. Dünya şahmat tacı uğrunda matça hazırlaşan Maqnusun çox sıx yarış qrafiki var. Üstəlik, dünya çempionu bütün dəvətlərə müsbət cavab vermir. Adətən dünya çempionuna 7-8 ay əvvəldən dəvət göndərirlər. Şəmkir turnirinin keçiriləcəyi ilə bağlı yekun qərar fevralda verildi. Demək olar ki, Vüqar Həşimov memorialı ilə əlaqədar üç ay əvvəl Maqnusa müraciət olundu. Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov mütəmadi olaraq Maqnusla danışıqlar aparıb, onunla əlaqə saxlayırdı. Azərbaycanın idman aləmində yüksək nüfuzu və təşkilatçılıq bacarığı dünya çempionunun Şəmkirə gəlməsində mühüm rol oynayıb.

- Azərbaycan şahmatçılarının yarışda iştirakını necə dəyərləndirirsiniz?

- Azərbaycan şahmatçılarına gəldikdə, onlar həmişə Şəmkir turnirində böyük həvəslə iştirak edirlər. Şəhriyar Məmmədyarov yorğun olmasına baxmayaraq, mötəbər yarışdan kənarda qalmadı. Az sayda yarışda iştirak edən Teymur Rəcəbov Şəmkir super turniri ilə bağlı dəvəti böyük sevinc və məsuliyyətlə qəbul etdi. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov üçün Şəmkir turniri böyük etimad oldu. Nəticələrə gəlincə, Şəhriyar Məmmədyarov üçün Şəmkir yarışı çox çətin keçdi. Berlindəki əzmkar mübarizədən sonra yorğunluğunu nəzərə alaraq Şəhriyarın Şəmkirdəki çıxışını normal qəbul etmək olar. Teymurda və Raufda qeyri-adi nailiyyət müşahidə olunmadı. Reytinqlərinə uyğun çıxış etdiklərini söyləmək mümkündür. Sözsüz ki, Maqnus Karlsenin qələbəsini qanunauyğunluq hesab edirəm. Norveçli dünya çempionu hətta ən yaxşı formada olmadığı turnirdə belə hamıdan güclüdür. İştirak etdiyi bütün yarışlarda maksimum nəticə uğrunda yarışan Maqnus Karlsen Şəmkirdə də yüksək bacarığını və səviyyəsini sübut etdi.

- İlk üç turda bütün görüşlər heç-heçə başa çatdı. Turnirdə belə başlanğıc hamı üçün gözlənilməz oldu.

- Belə mötəbər yarışda 3 turda ardıcıl 15 partiyanın bərabərliklə sona çatması mənfi işarəli sürpriz sayıla bilər. Ümumilikdə istərdim, Şəmkir turniri daha çox məhsuldar partiyalarla yadda qalsın. Şahmatın gözəlliyi parlaq kombinasiyalar və mübarizədir. Şahmatdakı gərgin mübarizə isə həmişə nəticə ilə yekunlaşır. Bu sayda heç-heçələrin olmasını istəməzdim. İstirahət günündən sonra sanki şahmatçılar dəyişdi və gözlədiyimiz mübarizəni nümayiş etdirdilər.

- Azərbaycan şahmatçıları bir-biri ilə görüşlərdə heç-heçə etdilər. Hiss olundu ki, mübarizə aparmadan bərabərlik qeydə alındı. Ümumiyyətlə, belə super turnirlərdə şahmatçılarımızın heç-heçə oynamasına necə münasibət bəsləyirsiniz?

- Azərbaycan şahmatçılarının bir-biri ilə heç-heçə oynamasını istəmirəm. Şahmatçılarımız yarışa həmyerliləri ilə xalları yarı bölmək fikri ilə yollanmamalıdır. Təəssüf ki, biz bu halı görürük. Maqnus Karlsen bütün partiyalarda qələbə qazanmağa çalışır, məhsuldar oyun istəyir. Amma bizim şahmatçılar isə cəmi 7 partiyada mübarizə aparmaq barədə düşünürlər. Digər iki oyunda isə əvvəlcədən heç-heçəyə razılaşırlar. Bu hal turnir zamanı təşkilatçıları ciddi narahat etdi. Şahmatçılarımızın aralarında heç-heçə etməsi turnirə marağı azaldır, yarışın nüfuzuna zərbə olur. Nəyə görə onlar açıq mübarizə aparmamalıdırlar? Məmmədyarov-Rəcəbov, Məmmədyarov-Məmmədov və ya Rəcəbov-Məmmədov partiyalarının hansı hesabla başa çatacağı hamıya maraqlıdır. Bütün partiyalar rəsmi saytda canlı yayımlanır. Yüz minlərlə insan səbirsizliklə bu oyunları gözləyir. Belə heç-heçələr düzgün deyil. Şahmat həvəskarları canlı yayımda Məmmədyarov-Rəcəbov görüşündə iki güclü şahmatçının mübarizəsini izləmək istəyir. Onlar isə qısa zamanda heç-heçə edərək tamaşaçının arzuladığı oyunu göstərmir. Azərbaycan millisində komanda yoldaşı olmaq super turnirdə açıq mübarizəyə mane olmamalıdır. Super turnirlərdə şahmatçılar ciddi rəqib sayılırlar. Ona görə mübarizə aparmaq lazımdır.

- Gələcəkdə Şəmkir turnirində hansı şahmatçıların iştirakını istəyərdiniz?

- Vüqar Həşimov memorialında hər zaman ən güclülər iştirak ediblər. Bu ildə də belə oldu. Növbəti illərdə sadəcə heyəti daha da gücləndirmək mümkündür. Əvvəlki illərdə iştirak edən Vişvanatan Anand, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So kimi şahmatçıları dəvət etmək yaxşı olardı. Biz sabiq dünya çempionu Vladimir Kramniki yarışda görməyə çox sevinərik. Vladimir Kramnik hər hansı rəqiblə istənilən vəziyyətdə sona qədər mübarizə aparır. Bu dəfə yorğunluğunu əsas gətirərək son anda iştirak edə bilməyəcəyini bildirdi. Buna görə Kramnik təşkilatçılardan üzr istədi. Ümumilikdə Vüqar Həşimov memorialı Şəmkiri şahmat şəhəri kimi tanıtdı. Bu gün dünyada super turnirlər azdır. Stavanger, Sent Luis, Veyk-An-Zee, London turnirlərini qeyd etmək olar. “Shamkir Chess” öz səviyyəsi ilə bunların arasında özünəməxsus yüksək yeri tutur.

- Sonda yarışa olan maraq barədə danışmaq istərdik. Rəsmi saytda izləyicilərin sayı bizə çox maraqlıdır.

- “Shamkir Chess” super turnirinin rəsmi saytında partiyalar iki dildə şərh edilirdi. Rəsmi saytda oyunlar Azərbaycan, ingilis, digər saytlarda isə rus və ispan dillərində təqdim olunurdu. Eyni zamanda, müxtəlif ölkələrin dörd şahmat saytında oyunları, eləcə də mətbuat konfranslarını izləmək mümkün idi. Açılış və bağlanış mərasimləri də bu saytda canlı yayımlandı. Bütün bu saytlarda, ümumilikdə turniri 850 mindən çox insanın izlədiyi məlum olub. Bu, ongünlük yarış üçün çox yüksək göstəricidir. İnternetlə izləyicilərin sayına görə, ABŞ, Almaniya, Norveç, Niderland, Rusiya, Azərbaycan ilk altılıqda qərarlaşıb. “Shamkir Chess” həm də Rusiyanın nüfuzlu “MATÇ TV” kanalında da işıqlandırıldı. Mütəmadi olaraq “MATÇ TV” və Azərbaycan Televiziyasında hər gün turnirə həsr olunan on dəqiqəlik icmal yayımlandı. Fürsətdən istifadə edərək “Shamkir Chess” turniri zamanı yarışı işıqlandıran Azərbaycan mediasına - jurnalistlərimizə böyük təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH