Azərbaycan Dövlət İnformasiya Agentliyi

Makedoniya Respublikasının Prezidenti Gyorge İvanovdan

Zati-aliləri,

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaq mənim üçün qürurvericidir. Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, icazə verin, bu xoş münasibətlə Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı maraqlara uyğun olaraq daha da inkişafına və gücləndirilməsinə töhfə vermək üçün birgə səy göstərəcəyimizdən əminliyimi ifadə edim.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun 2015-ci ilin aprelində keçiriləcək illik “Avropada etimadın bərpa olunması” mövzusunda Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində Sizinlə görüşü səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram.

Hörmətlə,

Gyorge İvanov

Makedoniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin