SİYASƏT
Malayziyalı iştirakçı: Zirvə görüşü COVID-19-un qarşısının alınması yollarının tapılması baxımından mühümdür VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Biz Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü təşkil etdiyinə görə Azərbaycana çox minnətdarıq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində tədbirin Malayziyadan olan iştirakçısı Əhməd Əmiri əbu Bəkr söyləyib.
Malayziyalı qonaq vurğulayıb: “İndiyədək COVID-19-un qarşısının alınması yolları tapılmayıb və hesab edirik ki, bu baxımdan Zirvə görüşü əhəmiyyətlidir. Belə mühüm tədbir sayəsində Hərəkatın bütün üzvləri yeni pandemiya ehtimalına hazır olmaq üçün öz biliklərini bölüşə bilərlər”.