Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Malayziyanın Baş naziri Ənvər İbrahimdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm.

Hörmətlə,

 

Ənvər İbrahim

Malayziyanın Baş naziri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin