Malayziyanın milli gülü
Bakı, 11 aprel, AZƏRTAC
Çin qızılgülü həmişəyaşıl kol və ya ağac bitkisidir, hündürlüyü 3-6 metr arasında dəyişir və cənub-şərqi Asiyanın subtropiklərindən biridir. Malayziyanın milli gülü hesab edilən Çin qızılgülü ABŞ-ın Havay ştatının gerbində də əks olunub.
AZƏRTAC xəbər verir ki, son illər seleksiyaçılar bitkinin yeni sortlarını əldə ediblər. Onların arasında daha çox Hamburq, Roza və Florida sortları məşhurdur. Botaniklər elmin yeni nailiyyətləri əsasında bitkinin cırtdan sortlarını da yetişdiriblər və onun hündürlüyü 40 santimetrə çatır.
Havay adalarında onu “gözəl qadınların çiçəyi” adlandırır və qızlar onun çiçəklərini saçlarına taxaraq gözəl görünməyə çalışırlar.
Çin qızılgülü parlaq və yaxşı işıqlandırılan yerlərdə bitir, onu yayda düz düşən günəş şüalarının altında qoymaq lazım deyil. Yayda bitkini gündə 3-4 dəfə sulamaq lazımdır, çünki o nəm torpağı sevir. Qönçələyən zaman ona tez-tez su çilənməlidir, lakin onu elə etmək lazımdır ki, damcılar çiçəklərə dəyməsin, yoxsa onlar ləkələnir və tez solub qırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]