DÜNYA
Malidə iki helikopterin toqquşması nəticəsində 13 fransalı hərbçi həlak olub
Bakı, 26 noyabr, AZƏRTAC
Malidə keçirilən əməliyyat zamanı iki hərbi helikopterin toqquşması nəticəsində 13 fransalı hərbçi həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun administrasiyası məlumat yayıb.
Fransa prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin regiondakı əməliyyatlarda iştirak edən fransalı hərbçilərə dəstəyini ifadə edib.
Noyabrın əvvəlində Fransanın Müdafiə naziri Florans Parli Mali, Burkina-Faso və Nigerin sərhədlərinin kəsişməsində silahlı qruplaşmalara qarşı “Bourgou 4” əməliyyatının başlandığını elan edib. Fransalı hərbçilər 2014-cü ildən aparılan “Barkhane” əməliyyatı çərçivəsində fəaliyyət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]