İQTİSADİYYAT
Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur
Bakı, 2 dekabr (AZƏRTAC). Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) “Büdcə proqnozu” üzrə mütəxəssisləri üçün “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” mövzusunda növbəti ixtisasartırma kursları keçirilmişdir.
Tədrisdə dinləyicilər qarşısında “Növbəti il üçün dövlət büdcəsinin və sonrakı üç ilin icmal büdcənin, o cümlədən rayon və şəhərlərin gəlir və xərclərinin proqnozunun hazırlanması ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlar, bu sənədlərdə ediləcək əlavə və dəyişikliklər”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə”, eləcə də digər mövzularda mühazirələr oxunmuşdur.
Tədrisin yekununda kompyuter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılmış, dinləyicilərə müvafiq şəhadətnamələr verilmişdir.