İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 35 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti 96.4540 AZN (10.0000 faiz) və 100.0000 AZN (8.0000 faiz) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3304 AZN (8.9300 faiz), orta ölçülmüş qiyməti 99.4168 AZN (8.3225 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 257 100,00 AZN, yerləşdirilmiş həcmi isə 35 milyon manatdır.
İstiqrazlar 2020-ci il iyulun 7-də ödəniləcək.