İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001778 ISIN-li, 10 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92.6302 AZN (8 faiz) və 96.1741 AZN (4 faiz) olan 20 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 95.7165 AZN (4.4998 faiz), orta ölçülmüş qiyməti 95.7857 AZN (4.4239 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 milyon 789 min 700 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
İstiqrazlar 2021-ci il yanvarın 19-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]