İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102023519 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 35,011,500.00 manat təşkil edib. Sifarişlər 90.9779 manat (19.9979 faiz) və 92.6500 manat (15.9976 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.5970 manat (18.4998 faiz) orta ölçülmüş qiyməti 91.7602 manat (18.1082 faiz) təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 milyon manat olub. İstiqrazlar gələn il mayın 30-da ödəniləcək.