Malta “MED 9” sammitinə ev sahibliyi edir
Valletta, 29 sentyabr, AZƏRTAC
Maltanın paytaxtı Vallettada “MED 9” kimi tanınan, Avropa İttifaqına üzv 9 Aralıq dənizi ölkəsinin liderlərinin sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, sammitdə İtaliya, Fransa, Yunanıstan, İspaniya, Portuqaliya, Kipr, Xorvatiya, Sloveniya və ev sahibi Maltadan olan rəsmilər iştirak edirlər.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Aralıq dənizinin “yaşıl keçid” üçün geniş imkanlara malik olduğunu, hər iki sahildəki ölkələrin gücünü birləşdirməsinin vacibliyini qeyd edib və əməkdaşlığın dərinləşdirilməsinin hər kəsə fayda verəcəyini bildirib.
Sammitdə Avropa İttifaqına üzv dövlətlərlə Afrikanın şimalındakı ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Aralıq dənizini keçərək “köhnə qitə”yə gələn insanların sayının artması fonunda miqrasiya məsələsi, qitə səviyyəsində insan alveri və mütəşəkkil cinayətkarlıqla mübarizə, dənizdə baş verən ekstremal hava hadisələri və təbii fəlakətlər, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq.
Toplantı çərçivəsində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Fransa Prezidenti Emmanuel Makronun son dövrlərdə Avropada artan miqrant axınlarını müzakirə etməsi gözlənilir.
Valletta
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]