Mançester derbisində hesab açılmayıb
Bakı, 12 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. İki şəhərin klubları - “Mançester Yunayted” və “Mançester Siti” komandaları üz-üzə gəlib. Oyun hər iki komandaların qarşılıqlı hücumları ilə başlayıb. Buna baxmayaraq ilk hissədə hesab açılmayıb.
Fasilədən sonra matçın 48-ci dəqiqəsində meydan sahibləri penalti vurmaq şansı qazanıb, lakin baş hakim Kris Kavana VAR (videonəzarət) sisteminə baxdıqdan sonra cərimə zərbəsini ləğv edib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab açılmayıb.
Bu nəticədən sonra xal ehtiyatını 20-ə çatdıran “Mançester Yunayted” 11-ci, 19 xalı olan “Mançester Siti” isə 12-ci yerdə qərarlaşıb.
Növbəti turda “qırmızı şeytan”lar səfərdə “Şeffild Yunayted”ə, “şəhərli”lər isə səfərdə “Vest Bronviç”ə qarşılaşacaq.
Bu komandalar Premyer Liqada 150 dəfə üz-üzə gəliblər. Onların 58-də “Mançester Yunayted”, 45-də isə “Mançester Siti” qalib gəlib. Qırx yeddi oyunda isə heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [01:43]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib
- 14.11.2026 [01:34]
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
- 13.11.2026 [18:15]
Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib
- 13.11.2026 [17:44]
Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 13.11.2026 [17:07]
Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir
- 13.11.2026 [16:53]
Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]