İDMAN
Marat İzmayılov: Mən Azərbaycanı və “Qəbələ” futbol klubunu sevdim
Marat İzmayılov deyib: “Bir çoxları kimi, mənim üçün də Azərbaycan əvvəllər sirr ölkəsi olub. Amma orada qeyri-adi heç nə yoxdur. Hər şey sadədir, mən oraya tez bir müddətdə uyğunlaşa bildim. Orada məni həyat tərzimi dəyişməyə vadar edə biləcək məqamlarla rastlaşmadım. Mən Rusiyada və ya Avropada necə yaşayırdımsa, Azərbaycanda da elə yaşayırdım. Əlbəttə, Azərbaycan mədəniyyəti Rusiya və Avropa ilə müqayisədə bir qədər fərqlənir. Yerli sakinlər öz adət-ənənələrinə hörmət edirlər. Azərbaycan özü və məsələn, Bakı şəhəri inanılmaz dərəcədə gözəldir. Şəhər sürətlə inkişaf edir. Mən Azərbaycanı və xüsusilə “Qəbələ” futbol klubunu sevdim. Orada yaşayan insanlarla hələ də əlaqə saxlayıram və düşünürəm ki, gələcəkdə onlarla hələ çox görüşəcəyik”.