REGİONLAR
Masallı idmançıları Rusiyada keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar
Masallı, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 26-dan 29-dək Rusiya Federasiyasının Samara şəhərində taekvando üzrə yeniyetmələr arasında “Məğlubedilməz güc” devizi ilə keçirilən beynəlxalq turnirdə Masallı idmançıları uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turnirdə Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri - Rahid Vəliyev 37 kiloqram çəki dərəcəsində birinci, Yusif Müzəffərov 41 kiloqram çəki dərəcəsində ikinci yerə sahib olublar.
Rahid Vəliyev noyabr ayında İspaniyada keçiriləcək şəxsi Avropa çempionatına və Klublararası Avropa çempionatına vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:08]
Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var
- 04.05.2024 [17:57]
Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib
- 04.05.2024 [15:53]
Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir
- 04.05.2024 [15:26]
“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub
- 04.05.2024 [14:14]
Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
- 04.05.2024 [09:02]
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
- 04.05.2024 [01:55]