CƏMİYYƏT
Masallıda baş verən yanğında bir nəfər ölüb
Bakı, 8 avqust, AZƏRTAC
Masallı rayonunun Musaküçə kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin üç otağı və dam örtüyü 70 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]