MASALLIDA BOMBA HƏYƏCANI
Masallı, 7 dekabr (AZƏRTAC). Dekabrın 6-da günorta saat 12:30 radələrində nəməlum şəxs polisə zəng vuraraq Masallıda bazarlardan birinə bomba qoyulması barədə məlumat vermişdir.
Rayon polis idarəsində dərhal operativ əməliyyat qrupu yaradılmış və bazarlarda axtarış işlərinə başlanmışdır. Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional idarəsinin əməkdaşları və nazirliyin mülki müdafiə qoşunları da cəlb edilmişlər.
Rayonda fəaliyyət göstərən üç bazarın hər birində axtarış işləri aparılmışdır. Axtarış işləri təxminən iki saat davam etmiş, nəticədə polisə zəng vuran şəxsin yalan məlumat verdiyi məlum olmuş və bu barədə akt tərtib edilmişdir.
Bomba həyəcanı yerli sakinlər arasında müəyyən narahatlıq yaratsa da, ciddi təşvişə səbəb olmamışdır.
Hazırda yalan məlumat verən şəxsin kimliyi dəqiqləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]